Xocalının Təzə Binə kəndinin ərazisində 10 hektardan artıq ərazidə kultivasiya üsulu ilə yetişdirilən çətənə plantasiyası aşkarlanıb.
"Unikal" xəbər verir ki, çətənə plantasiyası erməni separatçıları tərəfindən kəndin əkin sahəsində salınıb.
Mütəxəssislər hesab edirlər ki, həmin bu nartkotik vasitə yəni, çətənə kolu sativa növüdür. Sativa növü dünya bazarında daha çox alınan və tələbata ehtiyacı olan növdür. Qara bazarda qurudulmuş bu növ çətənənin bir kiloqramının qiyməti 8-10 min manat arasında dəyişir
Qeyd edək ki, Təzə Binə Azərbaycan Ordusunun keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində erməni separatçılardan təmizlənib.