Transgender qadın ölkə tarixində ilk dəfə "Miss Portuqaliya" müsabiqəsində birinci yeri qazanıb.
"Unikal" xəbər verir ki, bu barədə SAPO portalı məlumat yayıb.
Məlumata görə, 28 yaşlı Marina Maçete müsabiqənin qalibi olub. O, dekabrda El Salvadorda keçiriləcək “Kainat gözəli” müsabiqəsində ölkəsini təmsil edəcək.
Bundan əvvəl 22 yaşlı transseksual Rikki Valeri Kolle "Miss Niderland" müsabiqəsinin qalibi olmuşdu.