Türkiyəli aktyor Güven Kıraçın yeni layihəsi bəlli olub.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor baş rollarını Kubilay Akayla Hazar Ergüçlünün canlandıracağı "İnci taneleri" serialında rol alacaq.
O, layihədə Yılmaz Erdoğanın dostunu canlandıracaq.
Qeyd edək ki, serial "Kanal D" kanalında yayımlanacaq.