Rusiya Federasiyasının genişmiqyaslı hücumu nəticəsində 506 uşaq həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun teleqram kanalı məlumat yayıb.
"Rusiya Federasiyasının genişmiqyaslı silahlı hücumu nəticəsində Ukraynada 1636-dan çox uşaq yaralanıb. 7 oktyabr 2023-cü il səhər saatlarına olan məlumata görə, 506 uşaq həlak olub, 1130 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb”, - məlumatda deyilir.