Müğənni Samirə Əfəndi ailə üzvləri ilə birlikdə İsrailin Tel-Aviv şəhərində çətin vəziyyətdə qalıb.
"Unikal" xəbər verir ki, bu barədə müğənni "Instagram" hesabından paylaşım edib.
Belə ki, ötən gün konsert verən sənətçi Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edəndən sonra anası, xalası və meneceri ilə birlikdə qonaq olduğu məkandan çıxa bilməyib.
“Səhər 6:30-dan həyəcan siqnalı verilib, sığınacaqdayıq, gizlənmək tapşırılıb. Göydə raketlər uçur. Sabah uçmalı idik, buradan çıxış yolu axtarırıq”, - o, bildirib.