Gədəbəy Rayon Polis Şöbəsinə rayon ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Unikal"a bildirib ki, polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı məlum olub ki, Bakı şəhər saki Orxan Allahverdiyevin idarə etdiyi "Nissan" markalı avtomobilin aşması nəticəsində avtomobildə olan sərnişinlər, Bakı şəhər sakinləri, 1997-ci il təvəllüdlü Rasim Gülmmədov və 2003-cü il təvəllüdlü Əli Süleymanlı ölüb, sürücü isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Gədəbəydə minik maşını aşıb, ölənlər və xəsarət alan var.

"Unikal" xəbər verir ki, hərəkətdə olan minik maşını yoldan çıxaraq  aşıb. Qəza zamanı iki nəfər Bakı şəhər sakinləri ölüb, bir nəfər yaralanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Tural Əhmədov