2017-ci ildə Xalq artisti Nazpəri Dostəliyevanın evindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyfi oğurladığı üçün həbs həyatı yaşayan 36 yaşlı Ruslan Verdiyev iki gün öncə vəfat edib.
"Unikal" “qafqazinfo”ya istinadən xəbər verir ki, onun ölümünə normadan artıq miqdarda narkotik vasitə qəbul etməsi səbəb olub.Komatoz vəziyyətinə düşən 1987-ci il təvəllüdlü R.Verdiyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, Ruslan Verdiyev Sumqayıtda tanınmış ailənin övladı olub. Onun atası Əzizağa Verdiyev sözügedən şəhərdə idmanın karate növünün inkişafında xidmət göstərib. R.Verdiyev eyni zamanda, tanınmış həkim-cərrah İlyas Məmmədovun nəvəsi idi.