"Təl-Əvivdə olan zaman diaspor və səfirlik nümayəndələri mütəmadi olaraq olaraq onlarla əlaqə saxlayıb".
"Unikal" xəbər verir ki, bunu İsraildən qayıdan müğənni Samirə Əfəndi jurnalistlərə açıqlamasında deyib.
"Səhər saat 5-də raket səsinə oyandıq. Şəhərdə həyəcan siqnalı səslənməyə başladı. Həmin an telefonlarımıza mesaj gəldi. Bizə 10 dəqiqə ərzində hotelin zirzəmisinə düşməyimiz bildirildi. Azərbaycanın diaspor və səfirlik nümayəndələri bizimlə mütəmadi olaraq əlaqə saxlayırdı, maraqlanırdı, hoteli tərk etməməyimiz deyilirdi. Çox çətin anlar yaşadıq. Amma çox şükür ki, artıq Vətəndəyik. Bizimlə maraqlanan hər kəsə təşəkkür edirəm", - deyə Samirə qeyd edib.
Xatırladaq ki, Samirə Əfəndi ailə üzvləri və meneceri Aydan Topçubaşova ilə birlikdə İsraildə gedən hərbi əməliyyatlara görə Təl-Əviv şəhərində çətin vəziyyətdə qalmışdı. İsrailə konsert proqramı çərçivəsində çıxış etmək üçün səfər etmişdi.