Goranboyda evə basqın edilib.
"Unikal"ın məlumatına görə, hadisə gecə saatlarında Qızılhacılı qəsəbəsində baş verib. Belə ki, fərdi təsərrüfatlardan birinə oğurluğa girən iki nəfər naməlum qarətçi 1952-ci il təvəllüdlü ev sahibi Verdiyeva Sədaqət Ədil qızını və 1951-ci il təvəllüdlü əri Zeynalov Səməd Həmid oğlunu döyərək müxtəlif bədən xəsarətləri yetirib. Daha sonra evdən qızıl zinət əşyaları oğurlayıblar.
Sərt şəkildə döyülən ahıl ər və arvad isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma başlanıb.
Ehtiram Muradov