"Deyə bilmərəm ki, ölkəmizdə ekoloji qanunvericilik 100 faiz icra olunur. Ətrafımıza baxsaq, müəyyən qanunların və maddələrin icrası ilə bağlı problemlərin olduğunu görürük".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə komitə iclasında çıxışı zamanı ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə deyib.

Nazirin müşaviri bildirib ki, Bakı şəhərində formalaşn tullantı sularının cəmi 60 faizi təmizləyici qurğulara yönəldilir: "Qalanları heç təmizlənmə prosesindən keçməyərək ətraf mühitə və ya dənizə axıdılır".

Anar Kəlbiyev