Şri-Lankalı aktyor Cekson Entoni Kolombo Milli Xəstəxanasında 14 aylıq müalicədən sonra 65 yaşında vəfat edib. 

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, hadisə 2022-ci il, iyulun 2-də aktyor çəkilişdən qayıdarkən baş verib. Avtomobili fillə toqquşduqdan sonra Entoni xəstəxanaya yerləşdirilib və o vaxtdan müalicəsi davam edib. 

Hadisə nəticəsində aktyor və kiçik qardaşı Saman da daxil olmaqla daha iki nəfər xəsarət alıb. Aktyor 7 saat əməliyyat keçirib.