"Azərbaycanda xüsusi alış-veriş çantaları istehsal olunmalıdır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında deputat İltizam Yusifov deyib.

Deputat qeyd edib ki, İtaliyada belə bir praktika var ki: "Orada "Dolce Gabanna” brendinin çox ucuz qiymətə alış-veriş çantası istehsal edilir. Xanımlar onu götürüb mağazalara alış-verişə gedirlər. Bu, böyük bir praktikadır. Digər təklifim odur ki, istifadə edilmiş polietilen torbaları yığmaq üçün tullantı yerlərində xüsusi bir hissə olmalıdır".

Anar Kəlbiyev