“Azərbaycanın avtomobil parkında digər ölkələrlə müqayisədə daha yaxşı, qabaqcıl ölkələrdə istehsal olunmuş nəqliyyat vasitələri var”.

“Unikal” xəbər verir ki, bunu Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə komitə sədri Sadiq Qurbanovun Bakıda avtomobillərdən çıxan tüstünün ətraf mühiti zəhərləməsinə dair fikrinə cavab olaraq bildirib.

“Odur ki, Azərbaycanın avtomobil parkına baxanda fəxr edirik”, - deyə o qeyd edib.