"Müxtəlif yerlərdə şagirdlər üçün su qabları satılır. Bir neçə mağazada yoxlamışam. Satışda çox keyfiyyətsiz su qabları var".

"Unkal" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında deputat Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, buna ümumiyyətlə nəzarət olunmur: "Bir neçəsini aldım, içərisində su saxladım, üç gündən sonra iy verir və orada göbələklər əmələ gəlir. Biz diqqətimizi torbaya yönəltmişik, amma böyük problem olan su qablarının monitorinqi aparılmalıdır. Ciddi nəzarət mexanizmi qurulmalıdır ki, uşaqlarımızı zəhərləməyək. Əks təqdirdə uşaqlarımızı başqa xəstəliklərə yoluxacaq".

Anar Kəlbiyev