Təbiətdə bitən bitkilər bir çox xəstəliyə qarşı təsirli olmaq qabiliyyətinə malikdir. Təbii qidalanma sağlam həyatın ən böyük açarı kimi qəbul edilir. Təbabətin atası sayılan İbn Sina 1000 il əvvəl bitkilərlə müalicə üsulunu işləyib hazırlamışdır. O, 1025-ci ildə tamamladığı “Tibb Qanunu” kitabında şəkər xəstəliyinə faydalı olan zəncirotu bitkisinin faydalarından bəhs edib. Sarı ləçəkləri ilə papatyaya bənzəyən zəncirotu bitkisinin çayı şəfa mənbəyi olduğunu bilirsinizmi?

"Unikal" zəncirotu bitkisinin faydalarını sizə təqdim edir:

Həzm sistemini tənzimləyən zəncirotu çayı iştahaaçan xüsusiyyətlərə malikdir. Həmçinin, çay ürək əzələlərini gücləndirməyə və qan şəkərini tarazlaşdırmağa kömək edir. Balanslaşdırıcı xüsusiyyətləri ilə diabetli insanlara da şəfa olur.  

Antioksidant xüsusiyyətlərə malik olan zəncirotu çayı xolesterolu tarazlaşdırır. Sarılıq və podaqra kimi xəstəliklərə fayda verir. Bu, bədəndəki ödemi azaltmaqla arıqlamağa kömək etməklə yanaşı, qan dövranını sürətləndirməyə də yardımcı olur. Qaraciyərin sağalmasına kömək edir.

QEYD: Allergik reaksiyaların və sağlamlıq problemlərinin qarşısını almaq üçün otlardan istifadə etməzdən əvvəl həkimə müraciət etmək faydalıdır.  

Çayın hazırlanması:

6 xörək qaşığı qurudulmuş  zəncirotu kökü

6 xörək qaşığı zəncirotu ləçəkləri

4 stəkan su

Əvvəlcə zəncirotu kökünü 4 stəkan su ilə təxminən 20 dəqiqə qaynadın. Bu proses köklərin çaya nüfuz etməsinə imkan verir. Qaynadılmış suyu zəncirotu ləçəklərinin üzərinə tökün. Qarışığı örtün və 15 dəqiqə dəmlənməyə qoyun.