Azərbaycanın xalq artisti Emin Ağalarov Heydər Əliyev Sarayında ənənəvi qış konserti ilə çıxış edəcək.
"Unikal" xəbər verir ki, bu barədə ifaçının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dekabrın 8-də müğənni tamamilə yeni proqramla böyük solo konserti təqdim edəcək.
Proqrama yeni işıq üzü görəcək ingilis dilindəki albomdan mahnılar, eləcə də yeni aranjimanda səslənəcək rus dilində hitlər daxildir: "MMM", "Angel Bes", "Otpusti i leti"," Zabıt tebya" və s.
Biletlər artıq satışdadır və onları saytdan, proqram əlavəsindən, eləcə də iTicket.Az kassalarından əldə etmək mümkündür.