Şairə Nazilə Səfərli rəqqasə Fatimə Fətəliyevaya qarşı məhkəməni udub.
“Unikal” xəbər verir ki, bu barədə Səfərli sosial şəbəkədə məhkəmə sənədini yayaraq məlumat verib. “Heç kimin üzərində zəfər çalmaq qürurlandırmaz məni. Hər kəs ağzına yiyəlik etsin. Bir sözü danışanda ehtiyatlı olun. Sizin bir sözünüzdən ailə dağıla,insan ölə bilər. Sözlə ehtiyatlı olun!
Fatimə də sözünün acizi oldu. Söylədiyi sözlərin mənə aid qismi tamamən yalan, şər və böhtan çıxdı.Allah sizləri şərdən qorusun! Fatimə qanun qarşısında məndən üzr istəyəcək və şər atdığı sözlərini təkzib edəcək”, - deyə Nazilə bildirib.
Xatırladaq ki, tərəflər arasında mübahisə Fatimənin sosial şəbəkədə yazdığı status səbəbilə başlamışdı. Fatimə Naziləyə kobud qadın demiş, qarşı tərəf də “ biz stol üstündə rəqs etməmişik ki, nazik qalaq” şəklində cavab vermişdi.
Bundan sonra qəzəblənən Fatimə "Mənim ailəm, oğlum, qızım, yoldaşım, nəslim var. Ona görə də Nazilə Səfərli, ağzını yum otur yerində. Yadına sal ki, neçə il əvvəl gəlmisən mağazama ərəb rəqsi üçün paltar götürmüsən. Hara getmisən, kim üçün ərəb rəqsi oynamısan yadına sal. Mən ərəb rəqsi oynayıb ailəmi saxlayıb, uşaq böyütmüşəm” deyə cavab vermişdi.
Bundan sonra isə Nazilə şərəf və ləyaqətinin alçaldılması ittihamı ilə Fatiməni məhkəməyə vermiş, ilk məhkəmə qərarından sonra isə rəqqasə Apellyasiya Məhkəməsinə müraciət etmişdi.