SOCAR “Azəriqaz” İB rəhbərliyinin Göygöl rayonunda vətəndaş qəbulu keçiriləcək.

"Unikal" xəbər verir ki, 13 oktyabr saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Göyçay və Daşkəsən rayonlarının sakinlərinin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Gəncə Regional qaz istismarı İdarəsinə (tel: (050) 845-97-11; (050) 846-96-40) müraciət edə bilərlər.