Oğuz rayonun Qumlaq kəndi ərazisində yerləşən fındıq qəbulu məntəqəsindən ayrı-ayrı vaxtlarda, ümumilikdə 10808 manat pulun oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Əhliman Qocayev saxlanılıb. Araşdırma zamanı onun 1 ay ərzində 5 dəfə həmin obyektdən oğurluq etdiyi məlum olub. Saxlanılan şəxs ifadəsində əməlini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
*** 12:55
Oğuzda obyektdən oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Unikal"a verilən xəbərə görə, Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qumlaq kəndi ərazisində yerləşən bir obyektdən 10808 manat pul oğurlamaqda şübhəli bilinən kənd sakini Ə.Qocayev saxlanılıb. Araşdırma aparılır.