Daşqın Rəhimov Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri vəzifəsindən azad edilib.

“Unikal” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb.

Digər sərəncamla Hüseyn Akif oğlu Səfərov Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini təyin edilib.

Sərəncamla Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası da ədliyyə nazirinin müavini Hüseyn Səfərova həvalə edilib.