Cari ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 94,7 mln. ton yük, 1200,2 mln. sərnişin daşınıb.

"Unikal" Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,2% və 18,4% artım qeydə alınıb.

Sərnişinlərin 94,7%-i avtobus, 5,3%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Yük dövriyyəsi 5%, sərnişin dövriyyəsi isə 18% artıb.