Azərbaycanın İsraildəki səfirliyi vətəndaşlarımıza müraciət edib. 

"Unikal" xəbər verir ki, müraciətdə deyilir: 

"İsrail ərazisində müharibə şəraiti ilə əlaqədar olaraq vətəndaşlarımızı ölkədaxili səfərlər etməməyi (əsasən cənub və şimalda yerləşən ərazilərə) və yerli qurumların verdiyi təlimatlara uyğun davranmağı tövsiyə edirik.

Daimi əsasda sığınacaqların yaxınlığında olmağınız məsləhət görülür. Təhlükə halları ilə bağlı real vaxt rejimində məlumat almaq üçün mobil telefonlara Red Alert və Tzofar kimi tətbiqlərin yüklənməsi vacibdir.

Səfirliyin əlaqə vasitələri: 
[email protected]
+972 50 356 95 82

Hazırda İsrail hava limanlarından digər ölkələrə təyyarə reysləri təşkil edilir. Bilet əldə edilməsi üçün EL AL, Arkia, Israir Airlines və digər hava yolları şirkətlərinin internet səhifələrini mütəmadi olaraq yoxlamağınız məsləhət görülür.

İsrail Xarici İşlər Nazirliyi tərəfindən təqdim edilmiş məlumata əsasən, İsrail və İordaniya arasında quru sərhəd keçid məntəqələri də fəaliyyət göstərir: 

Yitzhak Rabin Crossing (Arava): 08:00-20:00
Jordan River crossing: 08:30-16:30".