Paytaxtda bəzi bağçalarda növbələr çoxdur, lakin bəzi bağçalar boşdur. Burada tələb və təklif rol oynayır.

"Unikal"  xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Məktəbəqədər təhsilin təşkili və idarə olunması sektorunun müdiri İlahə Rəsulova deyib.

Onun sözlərinə görə, məktəbdən fərqli olaraq valideyn övladını evin yanındakı bağçaya aparmağa məcbur deyil. İstədiyi 3 bağçanı seçərək növbəyə yazıla bilər.

“Elm və Təhsil Nazirliyi olaraq bu mövzuda işlər aparırıq. Dünyada bununla bağlı bir çox uğurlu modellər var. Lakin hansı qəsəbədə, hansı rayonda modellərin uğurlu aparılması üçün təhlil aparılmalıdır”, - deyə İlahə Rəsulova bildirib.