Oktyabrın 12-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) Karyera mərkəzi və “ProFit Swimming School”  üzgüçülük məktəbinin təşkilatçılığı ilə məlumat sessiyası keçirilib.

"Unikal" xəbər verir ki, görüş “Kütləvi və tədbiqi idman növləri” kafedrasının üzgüçülük ixtisası üzrə  professor-müəllim və tələbə heyətinin, həmçinin  Akademiyanın 4-cü kurs tələbələri - gələcək məzunların iştirakı ilə baş tutub.
“ProFit Swimming School” üzgüçülük məktəbinin təsisçiləri və təcrübəli mütəxəssisləri iştirakçılara məktəbin metodologiyası, əhəmiyyəti və gələcək üçün müxtəlif perspektivlərindən bəhs ediblər.

Məlumat sessiyası zamanı mütəxəssislər işə qeyri-ənənəvi yanaşma və innovativ düşüncə metodikası, oyun elementlərinin istifadəsi ilə məşqin qurulması və məzunlar üçün potensial iş yerləri haqqında məlumat verərək, namizədlərin suallarını cavablandırıblar.