"Yeşilçam" ulduzu Mətin Akpınarın 35 il sonra nikahdankənar qızı olduğu ortaya çıxıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, gizli aparılan məhkəmə artıq sona çatıb.
Məhkəmə DNT testlərindən sonra Duyqu Nəbioğlunun aktyorun qızı olduğuna qərar verib. Anası tərəfindən tərk edilən Duyqu övladlıq verilib.
Qeyd edək ki, Akpınar 1961-ci ildən Göksel Özdoğdu ilə evlidir.