"Mənə deyəndə qardaşına, övladına özün kimi qız alardın? Deyirəm, yox. Özüm almazdımsa, başqa valideyni də qınamaq olmur".
"Unikal" xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva aktyor Kamran Ağabalayevanın "Qapqara" layihəsində deyib. Sənətçi ailə qurmamasından, haqqında çıxan məlumatlardan bəhs edib:
"Nə qədər müasir geyinsək də, içimizdə bir azərbaycanlı mentaliteti var. İl 2040-2050 olsa da beyinlər müasirləşmir. Günümüzdə də ailələrin çoxu köhnə düşüncədədir: tanınmış olmamalı, ev qızı olmalı, 18 yaşında qız almaq lazımdır. Üzüm üzlər görüb. Nələr görmüşəm, yaşamışam, bilmişəm, haqqımda yalan-doğru xəbərlər çıxır. Ana da baxır deyir ki, bunu gəlin edəndə sabah qohum mənə nə deyəcək? Özü də yox, qohumu düşünür".