Binədə evdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən "Unikal"a verilən xəbərə görə, Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Binə qəsəbəsindəki evlərin birindən 12.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Yardımlı rayon sakini S.Nəzərli müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.