"Bu gün səhiyyəmiz uğurla inkişaf edir. Artıq ölkəmizdə icbari tibbi sığorta həyata keçirilir. Günbəgün "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi" genişlənir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə keçirilən konfransda çıxışı zamanı deyib.

Komitə bildirib ki, Azərbaycan pandemiyaya qarşı mübarizədə nümunəvi ölkələr sırasındadır: "Ölkəmizdə pandemiyaya qarşı uğurlu tədbirlərlə yanaşı, dünyanın bir çox ölkələrinə vaksinlərlə kömək etdik".

Ə.Əmiraslanov qeyd edib ki, bölgələrimizdə müasir xəstəxanalara fəaliyyət göstərir. O vurğulayıb ki, ən ağır əməliyyatlar tək Bakıda deyil, bölgələrdə də icra olunur. 

Anar Kəlbiyev