Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) ilə ikili diplom programı şərçivəsində ASAPES-də təhsil alan "İdman menecmenti" ixtisaslaşmasının M4412R1 qrup magistrantı, həmçinin gimnastika hamı üçün növü üzrə Azərbaycan yığma komandasının üzvü və məşqçisi Elnara Sabitova 29 sentyabr - 1 oktyabr 2023-cü il tarixlərində Xorvatiyanın paytaxtı Zaqreb şəhərində Avropa Gimnastikasının təşkilatçılığı ilə gimnastika hamı üçün növü üzrə “3-rd Educational Long weekend” adlı təlimdə iştirak edib.

Bu barədə "Unikal"a ASAPES-in mətbuat xidmətindən məlumat verilib. 

Bildirilir ki, 12 ölkədən 30 iştirakçının qatıldığı "Educational Long Weekend" təlimi müxtəlif təhsil fəaliyyətlərini bir arada birləşdirərək gimnastika üzrə məşqçilər və idman menecerləri üçün bilik, təcrübə və yeni ideyalar əldə etmək məqsədilə yaradıb.