"Pensiya yaşına çatmadan rəhmətə gedən vətəndaşların kapitalı ilə bağlı sual verildi. Pensiya sistemimizin üçdə bir hissəsi ailə başçısını itirməyə görə pensiyadır. Məhz o da vəfat etmiş şəxslərin kapitalının, onların əmək qabiliyyətsiz ailə üzvlərinə yönəldilməsi ilə bağlıdır".

"Unikal" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə keçirilən konfransda çıxışı zamanı deyib.

"Bu gün 200 minə yaxın Azərbaycan vətəndaşı məhz ailə başçısını itirməyə görə pensiya alır. Yəni, o kapital heç bir yerə itmir. O kapital əmək qabiliyyətsiz şəxslərin pensiyasının ödənilməsinə gedir", - deyə nazir bildirib.

Anar Kəlbiyev