"Ünvanlı sosial yardımın əhatə dairəsi ciddi şəkildə artırılıb. Bu gün 300 min insana yaxınlaşıb. Aylıq ödəniş isə qeyd etdiyim kimi, 500 manatın bir az altındadır. Yəni, yaşayış minimumu ölkədə 246 manat, onun ikiqatı məbləğində ünvanlı sosial yardım ödənilir və kifayət qədər də əhatə dairəsi yaradılıb".

"Unikal" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə keçirilən konfransda çıxışı zamanı deyib.

"Ünvanlı sosial yardım alanların sayını artırmaq olarmı? Bəli, artırmaq olar. Əlbəttə, onun ölçüsü yoxdur. Əhalinin 100 faizinə də vermək olar. Bu nə ilə nəticələnəcək? Əhalini hara aparacaq? Dünya ölkələrində aparılan analizlərin nəticəsi ondan ibarətdir ki, passiv ödənişlər artdıqca, aktiv məşğulluq azalır. Bunun beş il, on il sonrası ölkədə işləyənlərin sayının kəskin azalması deməkdir. Ona görə də bu məsələdə düşünürük ki, Azərbaycanın konservativ yanaşması davam etməlidir".

Anar Kəlbiyev