Məşhur amerikalı musiqiçi Bak Trent vəfat edib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 85 yaşında dünyasını dəyişən sənətçinin ölüm səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, Bak Trent kantri musiqisinin əfsanəvi simalarından biri hesab olunur. O, karyerası ərzində bir çox mükafat və fəxri adlara layiq görülüb.