Gəncədə ikimərtəbəli evdə yanğın olub.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Gəncə şəhərində ümumi sahəsi 280 m² (hər mərtəbəsi 140 m²) olan ikimərtəbli 4 otaqlı evin 2-ci mərtəbəsində mətbəxin və dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.