Rusiyanın məşhur “Rəqs” şousunun üçüncü mövsümünün qalibi Dmitri Şebet Moskvada narkotiklə saxlanılıb.

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, gecə saatlarında Zveniqorodskoye şossesində yol polisi əməkdaşları Şebetin avtomobilini saxlayıblar.

Polis ondan sənədlər istəsə də, vermək istəməyib. Daha sonra aparılan axtarışlar zamanı Şebetin üzərində 10,5 qram marixuana aşkarlanıb. 

O, şöbəyə aparılıb. Dmitri Şebetə qarşı cinayət işi qaldırıla bilər.