Oktyabrın 14-də Qusar şəhərində evdə iki nəfərin meyiti aşkarlanıb.

"Unikal" xəbər verir ki, meyitlərin şəhərin M. Vəliyev küçəsindəki evdə kirayədə yaşayan Cəlilabad rayon sakinləri 1976-cı il təvəllüdlü Zeynalov Sabir Yusif oğlu və qardaşı 1978-ci il təvəllüdlü Zeynalov Sakit Yusif oğluna məxsus olduğu müəyyənləşib.

Onların kiçik qardaşı 43 yaşlı Şamil Zeynalov isə ağır vəziyyətdə Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta ağır kimi qiymətləndirilən Ş.Zeynalova naməlum mənşəli zəhərlənmə diaqnozu qoyulub.

Qardaşların qidadan və ya dəm qazından zəhərlənməsi ehtimal olunur. İlkin məlumatlarda ölənlərin göbələkdən zəhərləndiyi bildirilsə də hüquq mühafizə orqanlarının evdə apardığı araşdırma zamanı bu məhsulun qalıqları müəyyənləşməyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.