İtaliyanın Sardiniya adasında 20 yaşa qədər şahmatçılar arasında keçirilən rapid üzrə dünya çempionatında ölkəmizi təmsil edən ASAPES-in IV kurs tələbəsi Gövhər Beydullayeva çempionatda tarixi uğura imza atıb.
ASAPES-dən "Unikal"a verilən məlumata görə, qrosmeyster, 9 oyundan 11 xal toplayaraq yarışmanı birinci pillədə başa vurub.
"Xatırladaq ki, tələbəmiz keçən il də gənclər arasında keçirilən dünya çempionatının qalibi olmuşdu.
Tələbəmizi təbrik edir, ona yeni uğurlar arzulayırıq!", - deyə məlumatda bildirilir.