Şəmkirdə qəza olub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Yeniabad kəndinin yaxınlığında qeydə alınıb. Hərəkətdə olan "Ford" markalı yük maşını minik maşını ilə toqquşub.

Dərhal hadisə yerinə FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsi  əməkdaşları cəlb olunub.

Qəza zamanı bir nəfər hadisə yerində ölüb, xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Şəmkir rayon Yeniabad kənd ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə daxil olan məlumat əsasında Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar nəticəsində Ford və Lada markalı avtomobillərin toqquşması, Lada markalı avtomobilin toqquşma nəticəsində yanıb. Hadisə nəticəsində Lada markalı avtomobilin sürücüsü, 2003-cü il təvəllüdlü Kənan Yusibov ölmüş, digər sərnişin,  2007-ci il təvəllüdlü Məhəmməd Hümbətov və Ford markalı avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Elşən Mahmudlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalar davam etdirilir

Tural Əhmədov