Rusiyanın Primorsk diyarında turist avtobusunun qəzaya uğrayıb.

"Unikal" rus mətbuatına istinadən xəbər verir ki,  hadisə nəticəsində 2 nəfər ölüb, daha 17 nəfər yaralanıb. 

Turistlərin olduğu avtobusun Çindən Ussuriysk istiqamətində hərəkət  etdiyi qeyd olunur.  Məlumata görə, avtobusda 48 nəfər rusiyalı turist olub. Sürücü isə Çin vətəndaşı imiş. 

Qəzanın baş vermə səbəbi araşdırılır.