Ermənistan hüquq-mühafizə orqanları Qarabağ separatçılarının “keçmiş müdafiə naziri” Samvel Babayanın Ermənistan İctimai Televiziyasının efirində və oktyabrın 6-da təqdim olunan proqramda verdiyi açıqlamalar əsasında cinayət işi açıb.

"Unikal" xəbər verir  ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Bildirilir ki, ona qarşı iki maddə üzrə cinayət işi başlanılıb. Bunlardan biri “hərbi qulluqçuların səhlənkarlığı”, digəri isə “komandirin məcburiyyət olmadan istehkamları, hərbi texnikanı və ya digər döyüş vasitələrini təslim etməsi” maddələridir.

Qeyd edək ki, Babayanın verdiyi açıqlamalarda Ermənistan hakimiyyətini qondarma “DQR”in “rəhbərliyini məsuliyyətə cəlb etməyə çağırıb.