ABŞ dövlət katibi Entoni Blinken yenidən İsrailə gedib.
"Unikal" xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.
HƏMAS terrorçularının ölkəyə hücumu ilə bağlı 6 ərəb ölkəsində apardığı danışıqlardan sonra, Blinkenin təyyarəsi bir həftədə ikinci dəfə Tel-Əvivə enib.
ABŞ dövlət katibinin Qüdsdə yenidən İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşəcəyi gözlənilir.
***13:51
ABŞ dövlət katibi Antoni Blinken yenidən İsrailə səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilir ki, Blinken Tel-Əvivdə İsrailin baş naziri Binyamin Netanyahu və İsrail hərbi kabineti ilə görüşəcək.
Xatırladaq ki, ABŞ-ın baş diplomatı ötən həftə, HƏMAS-ın İsrailə hücumundan bir neçə gün sonra, ölkənin müdafiəsini gücləndirmək və münaqişənin daha da gərginləşməsinin qarşısını almaq üçün İsrailə səfər etmişdi.