ATƏT-in hazırkı rəhbəri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani bazar ertəsi Kiyevə səfərə gəlib.

"Unikal" xəbər verir ki, bu barədə Osmani "X" sosial şəbəkəsində məlumat yayıb. 

"Mən Kiyevdə Rusiya Federasiyası tərəfindən atəşə tutulan məktəbdə uşaqlara baş çəkdim. Bu, təcili sülhə ehtiyac olduğunu xatırladır. Hər bir uşaq təhlükəsizliyə, təhsilə və parlaq gələcəyə layiqdir", - o yazıb.