HƏMAS ilə toqquşmalarda indiyədək 291 İsrail əsgəri həyatını itirib. 

"Unikal" xəbər verir  ki, bu barədə IDF-nin sözçüsü Daniel Hagari məlumat yayıb. 

"Atəşkəs yoxdur, keçidlər bağlıdır və cinayət təşkilatı HƏMAS-La mübarizəyə və hücumlara davam edirik", - deyə açıqlamasında əlavə  edib. 

Oktyabrın 7-dən bəri fasiləsiz olaraq davam edən intensiv bombardmanın 10-cu günündə Qəzzada cəmi can itkisi 2 min 750-yə, yaralıların sayı isə 9 min 700-ə yüksəlib. Qəzzadan həyata keçirilən hücumlarda 1300 israillinin öldüyü, 3436 israillinin yaralandığı bildirilib.