Xaçmazda Qudyalçay üzərindəki dağılmış körpünün yerində yenisinin inşası davam edir.

"Unikal" xəbər verir ki, körpü tikilənədək vətəndaşların rahat hərəkətini təmin etmək üçün ərazidə yeni alternativ yol çəkilir. Müvəqqəti yol köhnə körpüdən təxminən 50 metr qərb istiqamətdə inşa olunur.

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Osmanov bildirib ki, alternativ yolun tikintisi iki gün ərzində başa çatdırılacaq.