ABŞ prezidenti Co Bayden oktyabrın 18-də və ya 19-da İsrailə səfər edə bilər.

"Unikal" xəbər verir ki,  bu barədə İsrail televiziyası məlumat yayıb. 

Məlumata görə,  Amerika liderinin İsrailə səfəri "bu həftə" baş tuta bilər. Bu səfər HƏMAS- la müharibədə İsrailə dəstəyin nümayişi  və İrana və Livanın şiə Hizbullah partiyasına döyüşlərə qoşulmamaq üçün bir siqnal olacaq.

Xatırladaq ki,  ötən  gecə İsrailin baş naziri Benyamin Netanyahu Baydeni İsrailə səfərə dəvət edib. ABŞ prezidenti münaqişənin kəskinləşməsindən sonra İsrailə səfər edən ilk xarici dövlət başçısı ola bilər.