Gürcüstanın Konstitusiya Məhkəməsi prezident Salome Zurabişvilinin ölkə Konstitusiyasını pozduğuna dair qərar verib. 

"Unikal" xəbər verir ki, bu barədə gürcü KİV yazıb. 

Konstitusiya Məhkəməsinin altı üzvü parlament üzvlərinin və prezidentin impiçmenti ilə bağlı konstitusiya iddiasını dəstəkləyib, üçü isə əleyhinə çıxıb. 

İndi iki həftə ərzində parlament prezidentin impiçmenti məsələsini müzakirə edib səsverməyə çıxarmalıdır. Parlamentin ən azı 100 deputatı impiçment qərarını dəstəkləməlidir. Müxalifət partiyaları isə bunun əleyhinə səs verəcəklərini vəd edirlər. Güman ki, hakim partiya Zurabişvilini vəzifəsindən uzaqlaşdıra bilməyəcək.

Ağarza Elçinoğlu