Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar Zaqatala rayonuna səfəri çərçivəsində şəhid polkovnik-leytenant Hacıyev Abakar Məhəmməd oğlunun ailəsini ziyarət edib.

"Unikal" xəbər verir ki, görüşdə ailə üzvləri şəhidlə bağlı xatirələrini bölüşüb, onun keçdiyi rəşadətli döyüş yolundan danışıblar.