Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan sərhədini qanunsuz keçdiyinə görə saxlanılan Ermənistan vətəndaşı Rəşid Beqlaryana baş çəkib.

"Unikal" xəbər verir ki, bu barədə "news.am" nəşri yazıb.

Başçəkmənin təfərrüatları açıqlanmayıb.

Xatırladaq ki, Beqlaryan 2023-cü il avqustun 1-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini qanunsuz keçdiyinə görə həbs olunub.