İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, yol qəzası saat 20 radələrində İmişli rayonu Cəfərli kəndi ərazisində qeydə alınıb. Hadisə zamanı Əliqulular kənd sakini, 1989-cu il təvəllüdlü Hümbətov Samir Fazil oğlunun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə traktor toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişini Cəfərli kənd sakini Məmmədov Cavad Azad oğlu xəsarət alıb.

Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.