Azərbaycan su qıtlığından ən çox əziyyət çəkən 20 ölkə sırasındadır.
"Unikal"
xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının nümayəndəsi Məhəmməd Nasar bildirib.

Onun sözlərinə görə, Azərbaycanda su ehtiyatlarının 70 faizindən çoxu kənd təsərrüfatı ehtiyacları üçün istifadə olunur.

BMT nümayəndəsi qeyd edib ki, dünya su obyektlərinin yalnız 3-4 faizi içməli su kimi istifadə edilə bilər.