Mərhum millət vəkili Qənirə Paşayevanın "Addım-addım Türkiyə" sənədli filmləri silsiləsi yayımlanacaq.

“Unikal” xəbər verir ki, ictimai-siyasi və yaradıcı fəaliyyəti Türk dünyasında yaxşı bilinən Qənirə Paşayevanın çoxbölümlü layihəsi ilk dəfə ekranlarda olacaq.

Filmlər Azərbaycan Dövlət Televiziyasında yayımlanacaq. Layihə Türkiyə Cümhuriyyətin 100 illik əlamətdar yubileyinə həsr olunub.